Dan Ulduzu

Dan Ulduzu

Qaranlıq gecədə səni gözləyib
Durmaqdan yoruldum, ey dan ulduzu!
Uzaq üfüqlərə göz gəzdirməkdən
Az qala kor oldum, ey dan ulduzu!

Öksüz taleyim tək gecikdin nədən?
Karvanqıran doğdu, görünmədin sən.
Oxşatdım, yanıldım, könül verdim mən,
Bilmədən vuruldum, ey dan ulduzu?
Arxasınca qoşdum sonsuz bir yola,
Hər addımda tuş gəlincə bir kola,
Qaranlıqda çox baxırdım sağa-sola,
Hər yana buruldum, ey dan ulduzu!

Büsbütün yorulub gücdən düşərkən
Bir ulduz parladı uzaq üfüqdən.
O görünən səndin, artıq gəldin sən,
Axır səni buldum, ey dan ulduzu!

Cəfər Cabbarlı

 

Bu domainlə maraqlanırsınızsa onda CLICK HERE saytına müraciət edin. əlaqə: http://contact.azeri.net

 

 
 
 
www.danulduzu.com - Dan Ulduzu
www.azeri net | www.pulsuz.net | www.azerbaycan net | www.zaqatala.net